Saytımızı qiymətləndirin


 
 

BMT rəsmisi: Azərbaycanın şəhərsalma təşəbbüsləri müsbət nümunə hesab olunur
Tarix: 15-10-2025 | Saat: 12:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Anaklaudiya Rossbax

 

 

Azərbaycanın şəhərsalma və iqlim davamlılığı təşəbbüsləri qlobal səviyyədə müsbət nümunə kimi qəbul olunur.

Qarabaginfo.az xəbər verir ki, bunu BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Xankəndində keçirilən “ III Azərbaycan Şəhərsalma Forumunda” (AZERBAIJANUF) çıxışı zamanı bildirib.

O bildirib ki, keçirilən Forum 2026-cı ildə keçiriləcək 13-cü Dünya Şəhər Forumu (WUF13) ilə qlobal şəhər siyasətində dönüş nöqtəsinə çevriləcək.

 

Rossbax qeyd edib ki, Forum COP30-un nəticələrinin formalaşmasına və “Yeni Şəhər Gündəliyi”nin icrasının yarısına təsadüf edən WUF13-ə mühüm töhfə verir. Onun sözlərinə görə, 2026-cı ildə həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 11-ci məqsədin (“Davamlı şəhərlər və icmalar”) Qlobal İcmalı da təqdim olunacaq.

BMT rəsmisi əlavə edib ki, WUF13-ün mövzusu “Evi olan dünya: təhlükəsizlik və bərabərlik” olacaq və bu, mənzil və şəhər bərabərliyi məsələlərinə diqqəti artıracaq.

“Bakıda keçiriləcək WUF13 qlobal tərəfdaşlıqların və iqlimə davamlı şəhər inkişafı üzrə öhdəliklərin yenilənməsi üçün əsas platforma olacaq,” – Rossbax vurğulayıb.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər