Saytımızı qiymətləndirin


 
 

Nazirlər Kabineti koronavirusla bağlı bu tələbi ləğv etdi - Mühüm qərar
Tarix: 14-04-2022 | Saat: 19:51
Bölmə:Karusel / Sosial | çapa göndər

 Nazirlər Kabineti koronavirusla bağlı bu tələbi ləğv etdi - Mühüm qərar

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

Qarabaginfo.az xəbər verir ki,Bu barədə Nazirlər Kabinetindən Yenisabah.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:

Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur. 

 



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər