Ana Sayfa > Karusel / Sosial > Nazirlər Kabineti koronavirusla bağlı bu tələbi ləğv etdi - Mühüm qərar
Nazirlər Kabineti koronavirusla bağlı bu tələbi ləğv etdi - Mühüm qərar14-04-2022, 19:51. Yazar: Admin |
Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub. Qarabaginfo.az xəbər verir ki,Bu barədə Nazirlər Kabinetindən Yenisabah.az-a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən: Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir; Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur. Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Geri dön |