İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşı persona-non-grata elan edilib
Tarix: 06-04-2023 | Saat: 16:20
Bölmə:Karusel / Siyasət | çapa göndər
1183 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-04-2023 | Saat: 16:20
Bölmə:Karusel / Siyasət | çapa göndər

6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.
İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
Xəbəri paylaş
Digər xəbərlər
17-01-2021, 22:50
Aleksey Navalnı Moskvaya qayıdan kimi saxlanılıb - VİDEO
13-01-2023, 14:03
Sülh getdikcə yaxınlaşır - Zelenski
2-10-2020, 12:58
Leyla Abdullayeva: “Yerli və beynəlxalq jurnalistlər Ermənistan silahlı qüvvələrinin hücumu altındadır”
28-02-2022, 19:48
Rəşad Sadıqov: "Hər qələbə çox önəmlidir"
15-09-2020, 14:35
“Vaxt itirmədən Türk Dünyası Nazirliyi qurulmalıdır”
4-06-2021, 17:43
Azərbaycandan Londona 20 milyon dollar çirkli pul aparan ər-arvada son şans verildi
25-01-2022, 18:42
Qarabağa avtobus reyslərinin təşkili hansı dividendlər gətirəcək?
















