Saytımızı qiymətləndirin


 
 

Türkiyə–Azərbaycan–Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir
Tarix: 09-10-2025 | Saat: 13:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli iclası keçirilir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin müdafiə naziri Yaşar Gülər əvvəlcə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

O, daha sonra Gürcüstan müdafiə naziri İrakli Çixovani ilə də ikitərəfli görüş keçirəcək.

Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.



Xəbəri paylaş

63 dəfə oxunub.

Digər xəbərlər