Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan və Azərbaycan fintex sahəsində ortaq ekosistem yarada bilər
Tarix: 09-10-2025 | Saat: 12:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yuliya Salexova

 

Qazaxıstan və Azərbaycan fintex sahəsində ortaq ekosistem yarada bilər.

Bunu Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasının sədr müavini Yuliya Salehova deyib.

O bildirib ki, Azərbaycan və Qazaxıstan fintex və açıq bankçılıq sahəsində əməkdaşlıq edərək regionda vahid ekosistem formalaşdıra bilər.

Onun sözlərinə görə, Qazaxıstanda bir sıra şirkətlər yerli fintex və bank sektoruna dəstək məqsədilə KYC (know your customer) sistemləri üzərində çalışır: “Əslində, ortaq KYC sistemləri ideyasını Azərbaycan Milli Bankı irəli sürüb. Amma bizdə də bu istiqamətdə məhsullar hazırlayan çoxlu şirkətlər var. Ümid edirəm ki, gələcəkdə bu sistemlər müxtəlif ölkələr arasında məlumat mübadiləsi apara biləcək səviyyəyə çatacaq. Bu, beynəlxalq inkişafı xeyli asanlaşdıracaq".

Y. Salehova qeyd edib ki, Türk Dövlətləri Fintex Alyansının fəaliyyəti bu əməkdaşlığın inkişafına təkan verə bilər: “Bu alyans vasitəsilə biz real tərəfdaşlıq mühiti formalaşdıra və hər iki ölkənin bundan faydalanmasını təmin edə bilərik. Artıq bir çox biznes əlaqələri mövcuddur, insanlar bir ölkədə yaşayır, digərində işləyir. Bu, birgə ekosistemin təməlini yaradır.”

O vurğulayıb ki, region hazırda çox sürətlə inkişaf edir və bu, dünyaya yeni imkanlar göstərmək üçün əlverişli mərhələdir:“Bu regionun potensialı böyükdür. İndi dünyaya nəyə qadir olduğumuzu göstərmək üçün ən doğru zamandır.”



Xəbəri paylaş

68 dəfə oxunub.

Digər xəbərlər
29-12-2020, 13:43 Sabahın hava PROQNOZU