Saytımızı qiymətləndirin


 
 

Qarabağ atları Türkiyədə çövkən yarışlarını dirçəldəcək
Tarix: 03-10-2025 | Saat: 17:18
Bölmə:Karusel / İdman | çapa göndər

 

Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksindən beş Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün seçilib. Burada ölkənin ilk ixtisaslaşmış çövkən kompleksi inşa olunub.

Qarabaginfo.az bildirir ki, bu barədə Azərbaycan¬da keçirilən III MDB Oyunları ilə əlaqədar səfərdə olan Türkiyənin Çövkən idmanı üzrə rəhbəti Fatih Köse məlumat verib.

Xatırladaq ki, çövkən yarışları Şəki şəhər stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırdı. Azərbaycan milli komandası isə inamlı iki qələbə qazanaraq yarımfinala yüksəlib və medal uğrunda mübarizəsini davam etdirir.

Jurnalistlərə açıqlamasında Fatih Köse bildirib ki, Türkiyə bu qədim oyunun dirçəldilməsinə böyük önəm verir və Azərbaycanın dəstəyi ilə bu idman növünün birgə inkişafı istiqamətində fəal iş aparır.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər