Saytımızı qiymətləndirin


 
 

Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Tarix: 09-07-2026 | Saat: 19:32
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, aktiv məşğulluq tədbirində dövlət və özəl sektora aid 18 müəssisə tərəfindən hüquqşünas, mühəndis, mexanik, elektrik qaz qaynaqçısı, çilingər-santexnik, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, informasiya texnologiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim edilib.

Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

İştirakçılara işğaldan azad olunmuş ərazilərdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər