Saytımızı qiymətləndirin


 
 

Qarabağ və Şərqi Zəngəzurda 8 şəhərin baş planı hazırdır
Tarix: 01-10-2025 | Saat: 15:58
Bölmə:Karusel / Qarabağ / İnfrastruktur | çapa göndər

 

Qarabağ və Şərqi Zəngəzur bölgələrində 12 şəhərin baş planı hazırlanır, onlardan 8-i tamamlanıb.

Qarabaginfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Dünya İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mövcud iqlim böhranı ilə mübarizədə şəhərlər əsas rol oynayır.

“Bu isə o deməkdir ki, şəhərlərimizi necə planlaşdırdığımız, dizayn etdiyimiz və inşa etdiyimiz heç vaxt indiki qədər vacib olmayıb. Sağlam və iqlimədavamlı şəhərlər qurmaq təcrid olunmuş şəkildə mümkün deyil. Şəhərlərin gələcəyi kənd təsərrüfatının davamlılığı, resursların qorunması, nəqliyyat sistemlərinin səmərəliliyi və “ağıllı şəhər” texnologiyalarının transformativ gücü ilə sıx bağlıdır.”, – deyə Anar Quliyev əlavə edib.

Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanda 2018-ci ildən etibarən şəhərlərin kompleks baş plan əsasında inkişafına başlanılıb. Hazırda 79 şəhər və qəsəbədən 65-i üzrə baş planlar artıq təsdiqlənib, 10-da isə təsdiqlənmə mərhələsindədir. “Bakı Baş Planı – 2040” layihəsi bu yanaşmanın əsas nümunəsidir və polisentrlik, effektiv zonalaşma, mədəni və memarlıq irsinin qorunması, ekoloji prinsiplərə əsaslanan torpaq istifadəsini əhatə edir.

“Hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa işləri həyata keçirir. Bu ərazilər sıfır emissiyalı zonalar kimi müəyyən olunub. Şəhərsalma prosesində dayanıqlılıq prinsipləri əsas götürülür ki, burada yaradılan mühit sağlam və davamlı olsun. Artıq həmin bölgələrdə 12 şəhərin baş planı hazırlanır, onlardan 8-i tamamlanıb. Həmçinin 19 kənd və qəsəbə planlaşdırılıb. Böyük potensiala malik bərpaolunan enerji resursları əsasında bölgə “Yaşıl Enerji Zonası” elan olunub”deyə Anar Quliyev bildirib.



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər