Tarix: 22-12-2021 | Saat: 13:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
Tehranın Azərbaycanla artan əlaqələri genişləndirmək üçün müxtəlif ideyaları var.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Azərbaycan rəsmiləri ilə görüşmək üçün Bakıya bir günlük səfərə gələrkən deyib.
O, İranın Azərbaycan Respublikası ilə getdikcə artan və inkişaf edən əlaqələrindən məmnunluğunu ifadə edib və bugünkü iş qrafikində yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcəyini bildirib.
İranın xarici işlər naziri rəsmi Bakı ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müxtəlif ideyalarının olduğunu və bunları Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə də qaldıracağını deyib.
Nazir bildirib ki, son üç ayda azərbaycanlı həmkarı ilə çoxlu təmasları olub və onlar əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Digər xəbərlər