Saytımızı qiymətləndirin


 
 

Kiyevdə bir sıra Ukrayna telekanallarının siqnalı kəsilib
Tarix: 27-09-2026 | Saat: 09:20
Bölmə:Karusel / Dünya | çapa göndər

Kiyevdə bir sıra Ukrayna telekanallarının siqnalı kəsilib

Rusiyanın Kiyevdə data mərkəzlərinə endirdiyi zərbələrdən sonra bir sıra Ukrayna telekanallarının yayımında fasilələr yaranıb.

Qarabaginfo.az xəbər verir ki, Ukrinformun məlumatına görə, “We Are Ukraine” və “Novyny.LIVE” kanalları yayımda problemlər olduğunu açıqlayıb.

“Deutsche Welle” isə ən azı üç telekanalın, o cümlədən Müdafiə Nazirliyinin “Armiya TV” kanalının siqnalının itdiyini bildirib.

Problemlərin telekommunikasiya operatoru “Cosmonova”nın Kiyevdəki data mərkəzinə zərbədən sonra yarandığı qeyd olunur.

Məlumata görə, zərbələr nəticəsində bəzi istifadəçilərin internet və televiziya xidmətlərində də fasilələr yaranıb.

“MediaSat” 30-dan çox telekanalın yayımının təsirləndiyini bildirir.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər