Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kiyevdə bir sıra Ukrayna telekanallarının siqnalı kəsilib
Ana Sayfa > Karusel / Dünya > Kiyevdə bir sıra Ukrayna telekanallarının siqnalı kəsilib

Kiyevdə bir sıra Ukrayna telekanallarının siqnalı kəsilib


Bu gün, 09:20. Yazar: Admin

Kiyevdə bir sıra Ukrayna telekanallarının siqnalı kəsilib

Rusiyanın Kiyevdə data mərkəzlərinə endirdiyi zərbələrdən sonra bir sıra Ukrayna telekanallarının yayımında fasilələr yaranıb.

Qarabaginfo.az xəbər verir ki, Ukrinformun məlumatına görə, “We Are Ukraine” və “Novyny.LIVE” kanalları yayımda problemlər olduğunu açıqlayıb.

“Deutsche Welle” isə ən azı üç telekanalın, o cümlədən Müdafiə Nazirliyinin “Armiya TV” kanalının siqnalının itdiyini bildirib.

Problemlərin telekommunikasiya operatoru “Cosmonova”nın Kiyevdəki data mərkəzinə zərbədən sonra yarandığı qeyd olunur.

Məlumata görə, zərbələr nəticəsində bəzi istifadəçilərin internet və televiziya xidmətlərində də fasilələr yaranıb.

“MediaSat” 30-dan çox telekanalın yayımının təsirləndiyini bildirir.


Geri dön