Tarix: 01-10-2025 | Saat: 15:31
Bölmə:Karusel / Siyasət | çapa göndər
Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük yolu sabit və dönməz olaraq qalır.
Qarabaginfo.az xəbəri verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze “Euronews” telekanalına müsahibəsində deyib.
O bildirib ki, Gürcüstanın 2030-cu ilədək Aİ-yə daxil olması ilə bağlı məqsədi hökumətin islahatları nəzərə alınmaqla realistikdir və əldə oluna biləndir.
İ.Kobaxidze qarşıdakı illərdə Aİ-nin Gürcüstana münasibətinin daha ədalətli olacağına ümidvarlığını ifadə edib.
Baş nazir qeyd edib ki, Gürcüstanın strateji əhəmiyyəti sürətlə artır və ölkə Aİ ilə assosiasiya haqqında saziş üzrə bütün öhdəliklərini yerinə yetirir.
Qeyd edək ki, ötən ilin noyabrın 28-də Gürcüstan hökuməti Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayıb. Həmin vaxtdan Gürcüstan-Aİ münasibətlərində böyük gərginlik hökm sürür.
Digər xəbərlər