“Qərbin dağıdıcı addımları nüvə silahına malik dövlətlər arasında dialoqun əsaslarını sarsıdıb“.
Qarabaginfo.az bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.
O bəyan edib ki, Rusiya mümkün təhlükələrə hərbi güclə cavab verməyə hazırdır.
“Strateji sabitliklə bağlı vəziyyət pisləşməkdə davam edir. Rusiya dəfələrlə Qərbə xəbərdarlıq etsə də, onun təşəbbüslərinə dəqiq cavab verilməyib. Orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsinə moratoriumun ləğvi zəruri addımdır” -deyən Putin bildirib ki, Rusiya silahlanma yarışında maraqlı deyil.
Rusiya ABŞ-a Hücum Silahlarının Azaldılması haqqında Müqavilənin müddəti başa çatdəğə 5 fevral 2026-cı il tarixindən sonra bir il müddətində müddəalara əməl etməyi təklif edib.
“ABŞ da bunu edərsə, Moskva nüvə başlıqlarının sayına dair məhdudiyyətlərə əməl edəcək”-deyə Putin bildirib.