Tarix: 25-04-2022 | Saat: 16:09
Bölmə:Karusel / Region | çapa göndər
ABŞ Prezidenti Cozef Bayden Ukrayna səfiri vəzifəsinə namizəd irəli sürüb.
Qarbaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Ned Prays bildirib.
Məlumata görə, bu vəzifəyə namizəd Bricit Brink hazırda ABŞ-ın Slovakiya Respublikasında səfirdir.
O, əvvəllər ABŞ-ın Özbəkistan və Gürcüstandakı diplomatik missiyasında səfirin müavini vəzifəsində işləyib.
2019-cu ildən ABŞ-ın Ukraynada səfir yoxdur. Hazırda ABŞ-ın bu ölkədəki səfirliyinə müvəqqəti işlər vəkili Kristina Kvin başçılıq edir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ABŞ-ın diplomatları Kiyevdən təxliyə olunmuşdu. Onların tezliklə paytaxta qayıdacağı gözlənilir.
Qeyd edək ki, Bricit Brink Slovakiyaya səfir təyin olunmazdan əvvəl ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə büronun katibin köməkçisi və baş müşavir işləyib. Ukraynada səfir vəzifəsinə namizədliyi Senatda təsdiqləndikdən sonra o, səlahiyyətlərinin icrasına başlayacaq.
Digər xəbərlər