Saytımızı qiymətləndirin


 
 

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib
Tarix: 19-09-2025 | Saat: 15:27
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinho bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası bu barədə bu gün günortadan sonra elan edəcək və təfərrüatlar daha sonra Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas tərəfindən açıqlanacaq.

İlkin olaraq, yeni sanksiyalar kriptovalyuta, bank işi və enerji sektorunu hədəf alacaq.

Paula Pinyo əlavə edib ki, Aİ Rusiyaya qarşı enerji, bankçılıq və kriptovalyuta sektorlarını əhatə edən yeni sanksiyalar paketi üzərində razılaşıb.
Qeyd edək ki, Aİ liderlərinin Rusiyaya qarşı yeni sanksiyalar paketini bu gün təqdim edəcəyi gözlənilir.



Xəbəri paylaş

15 dəfə oxunub.

Digər xəbərlər