Türkiyə Ordusu tarixi və mədəni məsuliyyəti nəzərə alaraq dost və qardaş ölkələrin, xüsusilə Azərbaycan və Liviyanın ədalətli məsələlərində onların yanındadır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərinin təhlükəsizliyini təmin edərək, başda FETÖ, PKK/YPG, İŞİD kimi terror təşkilatları ilə daxildə və sərhədlər xaricində mübarizə aparır, bununla Türkiyənin maraq və mənafelərini qətiyyətlə qoruyur.