Saytımızı qiymətləndirin


 
 

Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub
Tarix: 08-07-2026 | Saat: 08:15
Bölmə:Karusel / Dünya | çapa göndər

Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub

Qlobal fond bazarlarında ticarət sessiyası son sutkada əsasən mənfi dinamika ilə başa çatıb.
Qarabaginfo.az xəbər verir ki, ABŞ və Avropanın aparıcı indekslərinin əksəriyyəti eniş qeydə alıb, Asiya bazarlarında isə qarışıq tendensiya müşahidə olunub.

ABŞ-da Dow Jones indeksi 0,25% azalaraq 52 925,15 bəndə, S&P 500 0,45% enərək 7 503,85 bəndə, Nasdaq Composite isə 1,16% geriləyərək 25 818,69 bəndə düşüb. Bununla yanaşı, Kanadanın S&P/TSX Composite indeksi 0,17% artaraq 35 272,59 bəndə yüksəlib.

Avropa bazarlarında Euro Stoxx 50 indeksi 1,22%, Almaniyanın DAX indeksi 1,37%, Fransanın CAC 40 indeksi 0,51%, İspaniyanın IBEX 35 indeksi isə 0,22% azalıb. Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,13% artımla ticarəti başa vurub.

Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 0,36%, TOPIX indeksi 0,18%, Avstraliyanın S&P/ASX 200 indeksi 0,76%, MSCI AC

Asia Pacific indeksi isə 1,58% geriləyib. Əvəzində Honq Konqun Hang Seng indeksi 2,36%, Çinin CSI 300 indeksi isə 0,61% yüksəlib.

Analitiklər bildirirlər ki, bazar iştirakçıları əsasən texnologiya sektorundakı satışları, həmçinin Yaxın Şərqdə artan geosiyasi gərginliyin enerji qiymətləri və inflyasiya gözləntilərinə təsirini qiymətləndiriblər.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər