Saytımızı qiymətləndirin


 
 

Rusiya PUA-ları Rumınya ərazilərinə keçdi –F35-lər NATO bazasından səmaya qalxdı
Tarix: 13-09-2025 | Saat: 21:36
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya PUA-ları F-35-lərlə vurulub

Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanında Rusiyaya məxsus PUA-ları ələ keçirib.

Qarabaginfo.az bildirir ki, bu barədə CNN rumıniya telekanalı Anten 3-ə istinadən məlumat yayıb.

Bildirilir ki,

Rusiyanın Dunayda Ukrayna infrastrukturuna endirdiyi zərbələrlə əlaqədar sərhəddə hava məkanında vəziyyəti izləmək üçün Feteştidəki 86-cı aviabazadan iki F-16 döyüş təyyarəsi havaya qalxıb.

Ukrayna prezidenti Zelenski açıqlamasında bildirib ki, Rusiya PUA-ları Rumıniya ərazisinə təxminən 10 kilometr məsafədən daxil olub və təxminən 50 dəqiqə NATO ölkəsinin hava məkanında olub.

“Rusiya hərbçiləri pilotsuz təyyarələrinin hara yönəldiyini, havada nə qədər vaxt keçirə biləcəklərini dəqiq anlayır. Marşrutlar həmişə hesablanır. Bu, qəza, səhv və ya bəzi aşağı səviyyəli komandirlərin müstəqil hərəkətləri ola bilməz. Bu, Rusiyanın açıq-aşkar müharibəni genişləndirməsidi” – Zelenski deyib.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər
10-11-2022, 11:01 Putin İrəvana gəlir