Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya PUA-ları Rumınya ərazilərinə keçdi –F35-lər NATO bazasından səmaya qalxdı
Ana Sayfa > Karusel / Dünya > Rusiya PUA-ları Rumınya ərazilərinə keçdi –F35-lər NATO bazasından səmaya qalxdı

Rusiya PUA-ları Rumınya ərazilərinə keçdi –F35-lər NATO bazasından səmaya qalxdı


Dünən, 21:36. Yazar: Admin

Rusiya PUA-ları F-35-lərlə vurulub

Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanında Rusiyaya məxsus PUA-ları ələ keçirib.

Qarabaginfo.az bildirir ki, bu barədə CNN rumıniya telekanalı Anten 3-ə istinadən məlumat yayıb.

Bildirilir ki,

Rusiyanın Dunayda Ukrayna infrastrukturuna endirdiyi zərbələrlə əlaqədar sərhəddə hava məkanında vəziyyəti izləmək üçün Feteştidəki 86-cı aviabazadan iki F-16 döyüş təyyarəsi havaya qalxıb.

Ukrayna prezidenti Zelenski açıqlamasında bildirib ki, Rusiya PUA-ları Rumıniya ərazisinə təxminən 10 kilometr məsafədən daxil olub və təxminən 50 dəqiqə NATO ölkəsinin hava məkanında olub.

“Rusiya hərbçiləri pilotsuz təyyarələrinin hara yönəldiyini, havada nə qədər vaxt keçirə biləcəklərini dəqiq anlayır. Marşrutlar həmişə hesablanır. Bu, qəza, səhv və ya bəzi aşağı səviyyəli komandirlərin müstəqil hərəkətləri ola bilməz. Bu, Rusiyanın açıq-aşkar müharibəni genişləndirməsidi” – Zelenski deyib.


Geri dön