Saytımızı qiymətləndirin


 
 

Moskva və Leninqrad üzərində 40-dan çox PUA məhv edilib
Tarix: 12-09-2025 | Saat: 08:56
Bölmə:Karusel / Dünya | çapa göndər

Moskva və Leninqrad üzərində 40-dan çox PUA məhv edilib

Rusiyanın Leninqrad vilayətinin üzərində 30-dan çox pilotsuz uçuş aparatı məhv edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat verib.

"30-dan çox PUA Leninqrad vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri və ordumuz tərəfindən məhv edilib", - Drozdenko bildirib.

Qubernator onu da qeyd edib ki, PUA-ların qalıqları və qırıntılarının düşməsi Vsevolojsk, Tosno, Pokrovskoye və Uzmino kəndlərində, eləcə də Lomonosovski rayonunda yaşayış məntəqələrindən kənarda qeydə alınıb.

"Hər hansı itki yoxdur. PUA-ların hücumunun dəf edilməsi davam edir", - o əlavə edib.

Moskvanın meri Sergey Sobyanin isə HHM sistemlərinin Moskva istiqamətində uçan doqquz PUA-nı zərərsizləşdirdiyini yazıb.

"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan iki düşmən PUA-nı məhv edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyir", - məlumatda deyilir.



Xəbəri paylaş

19 dəfə oxunub.

Digər xəbərlər