Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Moskva və Leninqrad üzərində 40-dan çox PUA məhv edilib
Moskva və Leninqrad üzərində 40-dan çox PUA məhv edilibDünən, 08:56. Yazar: Admin |
Rusiyanın Leninqrad vilayətinin üzərində 30-dan çox pilotsuz uçuş aparatı məhv edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat verib. "30-dan çox PUA Leninqrad vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri və ordumuz tərəfindən məhv edilib", - Drozdenko bildirib. Qubernator onu da qeyd edib ki, PUA-ların qalıqları və qırıntılarının düşməsi Vsevolojsk, Tosno, Pokrovskoye və Uzmino kəndlərində, eləcə də Lomonosovski rayonunda yaşayış məntəqələrindən kənarda qeydə alınıb. "Hər hansı itki yoxdur. PUA-ların hücumunun dəf edilməsi davam edir", - o əlavə edib. Moskvanın meri Sergey Sobyanin isə HHM sistemlərinin Moskva istiqamətində uçan doqquz PUA-nı zərərsizləşdirdiyini yazıb. "Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan iki düşmən PUA-nı məhv edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyir", - məlumatda deyilir. Geri dön |