Saytımızı qiymətləndirin


 
 

Zelenski: Sentyabrın əvvəlindən Rusiyanın 1300-dən çox dronu Ukraynaya hücum edib
Tarix: 06-09-2025 | Saat: 14:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynanın Prezidenti Volodimir Zelenski

 

Sentyabrın əvvəlindən etibarən Rusiya Ukraynaya qarşı 1300-dən çox zərbə PUA-sı, 900-ə yaxın idarəolunan aviasiya bombası və 50-yə qədər müxtəlif tipli raket atıb

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.

Qeyd olunur ki, sentyabrın ilk həftəsində Rusiya Çerniqov, Xarkov, Odessa, Xerson, Kiyev, Zaporojye, Dnepropetrovsk, Kirovoqrad, Xmelnitski, Jitomir, Volın, İvano-Frankovsk, Rovno və Lvov vilayətlərinə hücumlar təşkil edib.

“Sanksiya təzyiqini gücləndirməliyik, Ukraynaya silah tədarükünü artırmalı və bunların gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün zəmanətlər təmin etməliyik. Uzunmüddətli sülh ancaq real və effektiv təhlükəsizlik təminatları ilə mümkündür”, – Zelenski vurğulayıb.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər
27-06-2021, 12:32 Sabah hava necə olacaq?