Saytımızı qiymətləndirin


 
 

"Putinin rəqibi yoxdur və ola bilməz"
Tarix: 17-10-2023 | Saat: 13:27
Bölmə:Karusel / Dünya | çapa göndər

"Rusiya prezidenti Vladimir Putin ölkənin bir nömrəli siyasətçisidir".

 

Qarabaqinfo.az"Kommersant"a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

 

O iddia edib ki, Putinin ölkədə rəqibi yoxdur və ola da bilməz:

 

“Biz dəfələrlə demişik ki, prezident Putin, əlbəttə ki, ölkəmizdə bir nömrəli siyasətçi və dövlət xadimidir. Mənim şəxsi fikrim, bunu demək hüququm az olsa da, qaydaları pozaraq deyə bilərəm ki, hazırda onun Rusiya Federasiyasında heç bir rəqibi yoxdur və ola bilməz”.

 

"Kommersant" xatırladıb ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadakı müharibə ilə bağlı 2024-cü ilin martında keçiriləcək prezident seçkilərinin ləğvini təklif edib. Kreml təşəbbüsü şərh edərkən bildirib ki, onlar Vladimir Putinin demokratiya və Konstitusiyanın tələblərinə əməl etməyin zəruriliyi ilə bağlı bəyanatlarından çıxış edirlər.

 

Kremlə yaxın mənbələr “Kommersant”a bildiriblər ki, qeyri-rəsmi seçki kampaniyasının başlanması noyabr ayına planlaşdırılıb.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər