Saytımızı qiymətləndirin


 
 

Vaşinqtonun rəhbərliyi Trampı məhkəməyə verib
Tarix: 05-09-2025 | Saat: 08:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background

Paytaxt Vaşinqtonun rəsmiləri ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Milli Qvardiyanın yerləşdirilməsini dayandırması üçün məhkəməyə müraciət edib.

Onlar Trampı yerli idarəetmənin razılığı olmadan Milli Qvardiyanın minlərlə əsgərini şəhərə göndərməklə Konstitusiyanı və federal qanunu pozmaqda ittiham edir. Şəhərin baş prokuroru Brayan Şvalb müraciətində iddia edib ki, avqustun 11-dən etibarən mindən çox hərbçinin Vaşinqtona yerləşdirilməsi ordunun daxili hüquq-mühafizə məqsədləri üçün qeyri-qanuni istifadəsi deməkdir.

Qeyd edək ki, Kaliforniya ştatının federal hakimi iyun ayında immiqrasiya reydləri ilə bağlı bir neçə gün davam edən etirazlardan sonra Trampın Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsinin qanunsuz olduğuna dair qərar çıxarıb.



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər