Saytımızı qiymətləndirin


 
 

Prezident İlqar Rəhimova “Şöhrət” ordeni verdi
Tarix: 06-09-2021 | Saat: 15:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Qarabaginfo.az xəbər verir ki, sərəncamla XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər:

 

“Şöhrət” ordeni ilə

 

Rəhimov İlqar Elxan oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 

Məmmədov Kamal Cabir oğlu

 

***

 

Dövlət başçısının digər sərəncamı ilə XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilibər:

 

İbişov İlqar Əsgər oğlu

İbrahimov Ramin İbrahim oğlu

Kirillov Fyodor Borisoviç.



Xəbəri paylaş

287 dəfə oxunub.

Digər xəbərlər
4-08-2022, 10:51 MN məlumat yaydı