Saytımızı qiymətləndirin


 
 

ABŞ narkokartellərlə mübarizə üçün Latın Amerikasına 4 minlik desant qrupu göndərir
Tarix: 18-08-2025 | Saat: 20:39
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ narkokartellərlə mübarizə üçün Latın Amerikasına 4 minlik desant qrupu göndərir

ABŞ Müdafiə Nazirliyi Latın Amerikası yaxınlığındakı bölgələrə 4 mindən çox dəniz piyadası göndərir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, bu addım, Prezident Donald Trampın narkokartellərə qarşı hərbi qüvvələrdən istifadə etməyə hazır olduğunu bildirməsindən sonra güc nümayişi məqsədilə atılır.

Məlumata görə, ABŞ-ın Cənub Komandanlığının məsuliyyət sahəsinə daxil olan Mərkəzi və Cənubi Amerika bölgəsinə “İvodzima” amfibiya-desant qrupu və 22-ci ekspedisiya dəniz piyadaları dəstəsi göndərilir.

Hərbi bölmələrin konkret vəzifələri açıqlanmasa da, "The New York Times" qəzeti daha əvvəl yazmışdı ki, Tramp Pentaqona Latın Amerikası narkokartellərinə qarşı hərbi əməliyyat variantlarını hazırlamağı tapşırıb.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər