Saytımızı qiymətləndirin


 
 

Ərdoğanla Kasım-Jomart Tokayevin görüşü başlayıb
Tarix: 29-07-2025 | Saat: 21:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğanla Kasım-Jomart Tokayevin görüşü başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya rəsmi səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Prezident sarayında təntənəli mərasimlə qarşılayıb.

Qarabaginfo.az xəbər verir ki, rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər təqdim olunub, 21 yaylım top atəşi açılıb.

Tokayev, Mühafizə Alayının fəxri qarovulunu “Merhaba əsgər” deyərək salamlayıb. Liderlər qarşılıqlı olaraq nümayəndə heyətlərini təqdim etdikdən sonra media qarşısında əl sıxaraq foto çəkdiriblər.

Prezidentlər təkbətək görüşdən sonra Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasına birgə sədrlik edəcəklər. Görüşlərdən sonra imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək. Prezident Ərdoğan həmçinin Tokayevin şərəfinə rəsmi ziyafət verəcək və ona Türkiyə Cümhuriyyəti Dövlət Ordeni təqdim edəcək.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər