Saytımızı qiymətləndirin


 
 

“Putin Soçi görüşü ilə bütün planlarımızı alt-üst etdi” - Erməni şərhçi
Tarix: 01-12-2021 | Saat: 11:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deyə bilərik ki, Ermənistanın tarixi şansı var idi. Brüsseldə baş tutacaq sammit üçün Ermənistan böyük işlər görmüşdü, diasporumuz bunun üçün pullar töküb. Bu görüş əslində Qərb ölkələrinin də marağında idi. Amma Vladimir Putin bütün planlarımızı alt-üst etdi”.

Bu sözləri erməni siyasi şərhçi Ambarsum Kabanyan deyib.

Onun sözlərinə əsasən, bu plandan heç kəsin xəbəri yox idi, amma məxfilik qoruna bilmədi:

“Kreml hər şeyi anladı və buna görə də Soçidə üçtərəfli görüş təşkil etdi. Və bu üçtərəfli görüşdə Əliyev yenidən siyasi qələbə əldə etdi. Putin elə etdi ki, Brüssel görüşü formal xarakter daşısın. İrəvan bundan güclü zərbə ala bilməzdi. Maraqlısı da odur ki, Soçi görüşündə ictimailəşdirilməyən bir neçə məqam da öz həllini tapıb. Sözsüz ki, bunların hamısı Bakının lehinədir.

İndi dediklərim Ermənistan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmasa da, deyəcəm, günah Paşinyanda deyil. Onun yerində kim olsaydı, eynilə hərəkət edərdi. İnanın ki, bu həqiqətdir”.(Modern.az)

 



Xəbəri paylaş

273 dəfə oxunub.

Digər xəbərlər