Saytımızı qiymətləndirin


 
 

AFFA onu yenə cəzalandırdı - 4 oyunluq
Tarix: 15-10-2025 | Saat: 14:56
Bölmə:Karusel / İdman | çapa göndər

affa-onu-yene-cezalandirdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qarabagnfo.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində baş verən qayda pozuntuları ilə bağlı qərarlar da verilib.

Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib.
Xatırladaq ki, Ruslan Hüseynov 2-ci liqanın oyunlarında da hakimləri təhqir etdiyinə görə bir neçə dəfə 4 və 5 oyunluq cəzalarla üzləşib.

Matçın 76-cı dəqiqəsində “Ağdaş” komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb,  klub 1000 manat cərimə edilib.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər