Ana Sayfa > Karusel / İdman > AFFA onu yenə cəzalandırdı - 4 oyunluq
AFFA onu yenə cəzalandırdı - 4 oyunluq15-10-2025, 14:56. Yazar: Admin |
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qarabagnfo.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində baş verən qayda pozuntuları ilə bağlı qərarlar da verilib. Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib. Matçın 76-cı dəqiqəsində “Ağdaş” komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 1000 manat cərimə edilib. Geri dön |