Saytımızı qiymətləndirin


 
 

Bakıda avtobus sürücüsü döyülüb
Tarix: 13-10-2022 | Saat: 17:45
Bölmə:Karusel | çapa göndər

Bakıda daha bir avtobus sürücüsü döyüldü - Avtosfer.az

Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb.

Qarabaginfo.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Lentə alınmış kamera görüntülərində yaşlı sürücünün hələlik kimliyi müəyyən olunmayan şəxs tərəfindən döyüldüyü əks olunub.

BNA-dan APA-ya bildirilib ki, hadisə 12.10.2022ci il tarixində saat 20:14 radələrində “Kənan-2000”MMC-nin istismarında olan 204 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda baş verib. Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90VF933 DQN_li avtobus Koroğlu NMM-dən Qala Ramana istiqamətində hərəkət edərkən 78 nömrəli məktəbin qarşısında 3 nəfər şəxs (2 oğlan, 1 xanım) dayanacaqdan kənar avtobusa minmək istiyib. Sürücü avtobusu dayanacaqdan kənar saxlamayaraq təyin olunmuş dayanacaqda dayanıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Sonda videodan göründüyü kimi şəxslərdən 1-i sürücüyə fiziki güc tətbiq edərək xəsarət yetirir. Hadisə barəsində daşıyıcı tərəfindən polisə müraciət edilib və araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

Bakıda avtobus sürücüsü döyülüb



Xəbəri paylaş

105 dəfə oxunub.

Digər xəbərlər