Saytımızı qiymətləndirin


 
 

Aİ və Avropa Komissiyası BMT Baş Assambleyasının qətnaməsini alqışlayıb
Tarix: 02-03-2022 | Saat: 22:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Baş Assambleya prezident Putinin Ukraynaya işğalını böyük səslə rədd edib və sülhə çağırıb. Dünya beynəlxalq sülh və təhlükəsizliyin əsaslandığı qanunların və prinsiplərin müdafiəsində birləşir.

Biz Ukraynanın yanındayıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel tviterdəki hesabında yazıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə tviter hesabında bildirib ki, dünya ictimaiyyəti Rusiyanın Ukraynaya hücumuna qarşı həmrəydir.

“BMT Baş Assambleyasının Rusiyadan öz ordusunu Ukraynadan çıxarmağı tələb edən qətnaməsinin qəbulunu çox alqışlayıram.

Dünya ictimaiyyəti Rusiyanın Ukraynaya qarşı əsassız və səbəbsiz təcavüzünə qarşı həmrəydir”, - Avropa Komissiyasının rəhbəri qeyd edib.

Qeyd edək ki, BMT Baş Assambleyası “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib. Qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən fövqəladə xüsusi sessiyası zamanı dəstəklənib.

BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb.

Qətnamənin mətnində qeyd olunur ki, Rusiya Ukraynaya qarşı təcavüz edib. Bununla bağlı Rusiyadan atəşi dayandırması və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Krım və Donbass daxil olmaqla, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarması tələb olunur.



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər