Saytımızı qiymətləndirin


 
 

"Qarabağda yüz min əkin sahəsi, 100 meqabayt enerji əldən çıxdı, Ermənistan iqtisadi fəlakət yaşayır" - Vazgen Manukunyan
Tarix: 17-12-2020 | Saat: 11:15
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan Ordusu qarşısında tarixi məğlubiyyətinə uğrayan və Qarabağdan çıxarılan Ermənistan ciddi iqtisadi böhranla üz-üzədir. 

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri Vazgen Manukunyan deyib. 

Manukunyan Ermənistanın iqtisadi fəlakət yaşadığını bildirib. 

"Ermənistanın iqtisadi vəziyyəti fəlakətdir. Bu büdcə təyinatında da yaşanacaq. Qarabağda 100000 hektar əkilən sahə, 15 hidroelektrik stansiya və 100 meqabayt enerji əldən çıxdı.Eyni zamanda heç bir normal iş adamı məğlub Ermənistana investisiya qoymayacaq. Ölkə investiyasız indiki vəziyyətdən çıxa bilməz. Ermənistan indi mütəmadi olaraq düşmənçiliyin körükləndiyi bir ölkə durumundadır. Ermənistana sadəcə azsaylı etnik erməni iş adamları investisiya qoyur. Bu tip investisiyalar milli səbəblərdəndir və böyük ölçüdə ola bilməz. Bu vəziyyət iqtisadiyyatı inkişaf etdirə bilməz"- Manukunyan belə deyib. Avropa.info



Xəbəri paylaş

406 dəfə oxunub.

Digər xəbərlər
13-10-2022, 12:59 Cümə gününün HAVASI


Bu gün, 08:25Quterreş Bakıdadır