Saytımızı qiymətləndirin


 
 

Fidan: “Türkiyədə Putin-Zelenski görüşünün keçirilməsi barədə razılıq əldə olunub”
Tarix: 26-07-2025 | Saat: 12:53
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

Fidan: “Türkiyədə Putin-Zelenski görüşünün keçirilməsi barədə razılıq əldə olunub”

“Rusiya və Ukrayna iki ölkə prezidentlərinin görüşünün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər”.

Qarabaginfo.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalının efirində bildirib.

Onun sözlərinə görə, İstanbulda keçirilən danışıqlarda Rusiya lideri Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün şərtləri müzakirə olunub.

“Türkiyədə liderlərin sammitinin keçirilməsi ilə bağlı prinsipial razılıq əldə olunub. Danışıq qrupları burada mühüm rol oynayırlar”, – deyə H.Fidan bildirib.



Xəbəri paylaş

60 dəfə oxunub.

Digər xəbərlər