Saytımızı qiymətləndirin


 
 

Rəsmi Moskva Azərbaycanın MDB-də üzvlüyünü davam etdirməsi üçün təhlükə görmür
Tarix: 11-09-2025 | Saat: 15:44
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Picture background

Moskva Ermənistan və Azərbaycanın MDB-də üzvlüklərini davam etdirmələri üçün təhlükə görmür.

Qarabaginfo.az xəbər verir ki, bunu RİA “Novosti”yə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildiriib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdığını görür.

“Kim tərəfindən təhdidlər? Kimin üçün və kim tərəfindən? Əslində MDB-yə üzvlük könüllüdür. “Təhdid” sözünün haradan ortaya çıxdığını bilmirəm. Bu, dövlətlərin azad birliyidir. Hər iki ölkə kifayət qədər tez-tez birgə bəyanatlara və müxtəlif səviyyələrdə qəbul edilmiş sənədlərə qoşulur. Üstəlik, biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdığını görürük. Ümid edirik ki, bu, həm də MDB-də gələcək iştirak üçün müsbət amil olacaqdır”, - rusiyalı nazir müavini vurğulayıb.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər