Sabiq deputat Xanhüseyn Kazımlı bu gün vəfat edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya onun qızı Əsli Kazımova məlumat verib.
Əsli Kazımova qeyd edib ki, atası bu gün Qurdqapısı qəbiristanlığında dəfn ediləcək.
Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulub.
Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.
1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib.





" style="width: 670px; height: 340px;">













