Ana Sayfa > Karusel / Sosial > Milli Məclisin sabiq deputatı vəfat edib

Milli Məclisin sabiq deputatı vəfat edib


24-07-2025, 10:16. Yazar: Admin

Vəfat

Sabiq deputat Xanhüseyn Kazımlı bu gün vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya onun qızı Əsli Kazımova məlumat verib.

Əsli Kazımova qeyd edib ki, atası bu gün Qurdqapısı qəbiristanlığında dəfn ediləcək.

Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulub.

Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.

1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib.


Geri dön