Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda qablaşdırılan dərmanlar 5 il müddətinə yerli mal hesab ediləcək
Tarix: 22-07-2025 | Saat: 16:33
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Azərbaycanda qablaşdırılan dərmanlar 5 il müddətinə yerli mal hesab ediləcək

İstehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə yerli mal hesab ediləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “ “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma güzəştinin tətbiqi məqsədilə yerli mal hesab ediləcək.



Xəbəri paylaş

45 dəfə oxunub.

Digər xəbərlər