Saytımızı qiymətləndirin


 
 

Şahmat üzrə gənclər arasında dünya çempionatı başa çatdı
Tarix: 22-10-2022 | Saat: 23:33
Bölmə:Karusel / Manşet | çapa göndər

Şahmat üzrə gənclər arasında dünya çempionatı başa çatdı

İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb.

Qarabaginfo.az xəbər verir ki, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu - XI turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb.

Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb.

Bu tur ərəfəsində 8,5 xalla çempionluğu təmin etmiş Gövhər Beydullayeva üçün matç formal xarakter daşıyıb. Onun əsas izləyicisi, digər qazaxıstanlı şahmatçı Assel Serikbey ukraynalı Yelizaveta Hrebenşikovaya qalib gəlib xallarının sayını 8,5-ə çatdırsa da, ikilinin öz aralarındakı oyuna görə, sıralama dəyişməyib.

Qadınların yarışındakı digər Azərbaycan təmsilçisi Ləman Hacıyeva isə son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.

Oğlanların yarışında da son tur oynanılıb. Hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər sülhə razılaşıblar.

Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7,5-ə çatıb.



Xəbəri paylaş

1144 dəfə oxunub.

Digər xəbərlər