Saytımızı qiymətləndirin


 
 

Gəncədə daha bir məktəb koronavirusa görə bağlanıb
Tarix: 10-03-2021 | Saat: 16:41
Bölmə:Karusel / Gündəm / Təhsil / Region | çapa göndər

 

Gəncədə daha bir məktəb koronavirusa görə bağlanıb

Gəncədə daha bir orta məktəb koronavirusa görə bağlanıb.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev APA-nın yerli bürosuna bildirib ki, 26 nömrəli məktəb lisey kompleksində çalışan 2 müəllim və bir şagirdin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu gündən etibarən məktəbdə dərslərin 14 gün ərzində distant formada keçirilməsi qərara alınıb.

Qeyd edək ki, ötən gün şəhərin Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbi koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib. Məktəbin 1 müəllimi, 2 texniki işçisi və 1 şagirdinin COVİD testləri pozitiv çıxıb. Bu səbəbdən məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.

Xatırladaq ki, iki həftə əvvəl şəhərin 37 nömrəli tam orta məktəbinin 761 şagirdi də  koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq məktəbdə əyani təhsil bərpa edilib. Şagirdlər pandemiyya qaydalarına uyğun olaraq ənənəvi dərslərə cəlb olunub.



Xəbəri paylaş

1389 dəfə oxunub.

Digər xəbərlər