Tarix: 19-03-2022 | Saat: 18:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/4 final görüşlərinə start verilib.
Qarabaginfo.az-ın məlumatına görə, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin boksçularından ilk olaraq rinqə Nicat Hüseynov (51 kq) çıxıb.
O, yarımfinala gedən yolda Antonio Payva (İrlandiya) ilə üz-üzə gəlib. Rəqibindən üstün döyüş nümayiş etdirən Hüseynov 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Nicat bu qələbə sayəsində yarımfinala adlamaqla yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib.
Boksçumuz növbəti qarşılaşmasında türkiyəli Mehmethan Çinarla döyüşəcək. Bu görüş martın 20-də olacaq.
Qeyd edək ki, 1/4 final mərhələsi çərçivəsində bu gün daha 4 boksçumuz rinqə çıxacaq. (apasport.az)
Digər xəbərlər