Azərbaycanlı milyarder Vahid Ələkbərov iki superyaxtasının tikildiyi gəmiqayırma zavoduna tətbiq edilən sanksiyalara görə oranı tərk etmək məcburiyyətində qalıb.
Qarabaginfo.az-ın "Forbes"ə istinadən verdiyi xəbərə görə, iş adamının 2008-ci ildə 100 milyon avroya aldığı gəmiqayırma zavodunun hansı şəraitdə müstəqil fonda keçdiyi hələlik məlum deyil.
"Lukoil"in həmtəsisçisi Vahid Ələkbərov "Heesen Yachts" gəmiqayırma zavodunun səhmlərini müstəqil Hollandiya fonduna keçirib. Zavodun rəsmi saytında bildirilib ki, şirkət mayın 18-dən etibarən bütövlükdə hollandlara məxsusdur.
Qeyd edək ki, "Heesen Yachts" 1978-ci ildə tikilib. Ələkbərov gəmiqayırma zavodunu 2008-ci ildə təsisçi Frans Heesendən 100 milyon avroya alıb.Gəmiqayırma zavodu Hollandiyada yaxtaların gövdələri üçün alüminium ərintisindən istifadə edən ilk zavod olduğunu iddia edir. Heesen uzunluğu 30 m-dən 70 m-ə qədər olan gəmişər inşa edir, hər il tərsanə üç və ya dörd yaxta istehsal edir.