Avropada Rusiya ilə əlaqəli iki neft zavodunda yanğın və partlayış olub
Tarix: 21-10-2025 | Saat: 17:21
Bölmə:Karusel / Dünya | çapa göndər
101 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-10-2025 | Saat: 17:21
Bölmə:Karusel / Dünya | çapa göndər
Avropada Rusiya ilə əlaqəli iki neft emalı zavodunda yanğın və partlayış baş verib.
Qarabaginfo.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, hadisələr Macarıstan və Rumıniyada yerləşən neft emalı zavodlarında qeydə alınıb.
Macarıstanın “Magyar Nemzet” nəşrinin məlumatına görə, Şazxalombatta şəhərində yerləşən və ölkənin ən böyük neft emalı müəssisəsi olan MOL zavodunda güclü yanğın baş verib. Bu zavod həm də Rusiya mənşəli xam neftlə fəaliyyət göstərir. Yanğının səbəbi və iqtisadi itkilərin miqyası barədə hələlik rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
"Digi24" xəbər portalının məlumatına görə isə Rumıniyada “Lukoil”ə məxsus “Petrotel Lukoil” zavodunda təmir işləri zamanı partlayış olub. Partlayış zamanı bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Xəbəri paylaş
Digər xəbərlər
3-09-2022, 13:08
Polis maşını ağaca çırpdı - ÖLDÜ
12-06-2024, 10:57
Eldar Əzizov Sinqapurda 9-cu Dünya Şəhərləri Sammitində iştirak edib
6-11-2021, 12:31
Əminə Ağazadə şəhid Fərrux Hüseynovun ailəsini ziyarət etdi - FOTO
13-10-2026, 16:52
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
22-08-2026, 12:02
Sabah 40 dərəcə isti olacaq
5-10-2026, 15:12
Kreml Estoniyanın Rusiya ilə sərhədə qoşun yerləşdirməsi xəbərinə münasibət bildirib
2-10-2018, 14:40
Səudiyyə kralı Yəmənə 200 milyon dollar yardım ayırdı
















