Saytımızı qiymətləndirin


 
 

Baş Prokurorluq cinayət təqibindən kənar 23 qanun pozuntusunu araşdırıb
Tarix: 31-01-2022 | Saat: 15:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş Prokurorluq cinayət təqibindən kənar 23 qanun pozuntusunu araşdırıb

Prokurorluq işçilərinin peşə biliklərinin artırılması, hərtərəfli və tam araşdırmanın aparılması üçün tələb olunan peşəkar vərdişlərin gücləndirilməsi məqsədli təlimlərin həyata keçirilməsi planlı şəkildə davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, həmin tədbirlər həyata keçirilərkən son iki ildə prokurorluq orqanlarına işə qəbul edilmiş stajorlar və vəzifəyə yeni təyin olunmuş şəxslər xüsusi diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ötən iki həftə ərzində cəmiyyətdə aktuallığı ilə seçilən ekoloji hüquqpozmalar, xüsusilə də qanunsuz ağac kəsmə və dağ-mədən işlərinin aparılması ilə bağlı məlumatların yoxlanılması, bu sahədə respublikanın Şimal və Şimal-Qərb rayonlarında aparılmış yoxlamalar və yoxlamaların nəticələrinin müzakirəsinə həsr olunmuş Regional Seminar-Müşavirələr keçirilib.
Respublikanın 6 rayonunda 23 qanun pozuntusu barədə məlumatın yoxlanılması qaydasında cinayət təqibindən kənar icraatlar üzrə rayon prokurorlarının köməkçiləri cəlb edilməklə Baş Prokurorluğun əməkdaşları tərəfindən ilkin istintaq hərəkətləri aparılıb, izahatlar alınıb.
Aparılmış yoxlamaların nəticələri ilə bağlı 21.01.2022-ci il tarixdə Şəki rayon prokurorluğunda və 29.01.2022-ci il tarixdə isə Quba rayon prokurorluğunda seminarlar keçirilib, əsasən yoxlama taktikasının düzgün müəyyən olunması və lazımi prosessual hərəkətlərin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi aparılıb. Seminarda Ağdaş, Balakən, Qəbələ, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qobustan rayon prokurorluqlarının əməkdaşları iştirak ediblər.
Analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər