Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyev: Azərbaycan özünü qonşu dövlətlərə qarşı mümkün ssenarilərə hazırlayıb
Tarix: 14-06-2025 | Saat: 15:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hikmət Hacıyev: Azərbaycan özünü qonşu dövlətlərə qarşı mümkün ssenarilərə hazırlayıb

Azərbaycan özünü sanksiyaların tətbiq edildiyi qonşu dövlətlərə qarşı mümkün ssenarilərə hazırlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” (The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) paneli zamanı söyləyib.

O qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur:

“Biz bunun baş verəcəyini ehtimal edirdik. Məhz o səbəbdən də Yaxın Şərqdən yönəlməsi mümkün olan yeni sunamilər də daxil olmaqla, qonşu ölkələrə istiqamətlənə biləcək mümkün ssenarilərə hazır idik”.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər