Saytımızı qiymətləndirin


 
 

“Ermənistan bloku”: “Ölkənin təhlükəsizliyini yalnız bu halda təmin etmək mümkündür, yoxsa yeni böhran olacaq”
Tarix: 18-09-2021 | Saat: 16:04
Bölmə:Karusel / Region | çapa göndər

“Ermənistan bloku”: “Ölkənin təhlükəsizliyini yalnız bu halda təmin etmək mümkündür, yoxsa yeni böhran olacaq”
print sharing button

“Ermənistan” bloku ölkənin təhlükəsizliyini yalnız yeni hökumətin qurulması ilə təmin etməyin mümkün olacağını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, Blok rəhbərliyi bununla bağlı bəyanat yayıb: “Yalnız yeni bir milli hakimiyyət qurulduğu təqdirdə, ölkənin təhlükəsizlik məsələləri həll edilə və layiqli bir sülh təmin oluna bilər.

Rəsmi İrəvan Gorus-Qafan yolunun bir hissəsini Sovet xəritəsinə əsasən Azərbaycan ərazisi kimi tanıyır və rəsmi Bakının atdığı addımları qanuni hesab edir. Ermənistan hakimiyyətinin dövlət əleyhinə bu cür davranışı rəsmi Bakını daha da ciddi təzyiqlər göstərməyə sövq edir. Əgər bu hal davam edərsə, o zaman “M-2 İran-Ermənistan” dövlətlərarası yolunun sözügedən hissəsi praktiki olaraq fəaliyyətini dayandıracaq. Bu da Ermənistanın təhlükəsizliyi üçün ciddi problemlər yaradacaq” – bəyanatda bildirilib.

“Əziz həmvətənlər, hazırkı hakimiyyətin mövcudluğunun hər günü yeni bir böhrana və itkilərə səbəb olacaq. Yalnız yeni bir milli hökumətin qurulması ilə, təhlükəsizlik məsələləri həll edilə və layiqli sülh təmin oluna bilər” – Bəyanatda deyilib.(Konkret.az)

 



Xəbəri paylaş

1299 dəfə oxunub.

Digər xəbərlər