Saytımızı qiymətləndirin


 
 

Bu savaşın qalibi ABŞ-dır - ŞƏRH
Tarix: 27-03-2022 | Saat: 12:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Müharibənin başlamasından bir ay ötməsinə baxmayaraq, Rusiya hələ də istədiyini ala bilməyib. Lakin Ukrayna tərəfi də artıq dalana dirənib. Müqavimət göstərməyə gücü qalmayıb”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Modern.az-a siyasi şərhçi Elman Vəliyev deyib.

Onun sözlərinə görə, Ukraynaya göstərilən kömək nəticəsində ölkənin müqaviməti mümkün olub:

“Mən deyə bilərəm ki, “Bayraktar” PUA-larının bu savaşda rolu mühümdür. Rusiya tanklarının məhv edilməsində “Bayraktar”ların payı olduqca böyükdür. Müharibə ilk günlərə nisbətən səngiməyə doğru gedir. Tərəflər arasında kompromis müzakirələri aparılır. Ukrayna Rusiyanın şərtlərinin 70-80 faizini qəbul etməkdədir. Şərtlərə əsasən, Ukrayna NATO-ya üzv olmayacaq, Ukraynada rus dili yenidən əsas dil olacaq, Ukrayna denazifikasiya siyasəti aparmalı, yəni nasist ideologiyasından yayınacaq tədbirlər görməlidir. Lakin Krım, qondarma respublika məsələsində tərəflər uzlaşa bilmirlər. Ancaq hesab edirəm ki, Ukrayna bunlarda da güzəştə gedəcək. Rusiya Krımdan vaz keçməz. Çünki Krımın strateji mövqeyi Rusiya üçün olduqca önəmlidir. Rusiya Krıma sahib olmaq üçün Osmanlı ilə qanlı davalar aparıb”.

“Rusiya nüvə silahından istifadə edə bilərmi” sualına gəlincə, ekspert bunları deyib:

“Nüvə silahından istifadə Rusiya üçün ağılsızlıq olar. Dünyada tək nüvəyə sahib Rusiya deyil. Amerika, Pakistan, Şimali Koreya, Hindistan, Britaniya, Fransa, (hətta İsraildə də olduğu iddia edilir) kimi güclü ölkələrdə bu silahdan var. Nüvə müharibəsi olsa, bu savaşdan heç kim qalib çıxmaz.

Rusiya-Ukrayna konfliktində hər iki tərəf uduzur. Hətta bu müharibədə Qərb də uduzan tərəfdir. Hesab edirəm ki, qazanclı tərəf yenə Amerikadır. Ukrayna hücuma məruz qalmış tərəf olaraq özünü çətin toparlaya bilsin. Rusiya bu qədər sanksiyalar qarşısında ağır iqtisadi itkilər verir və verəcək də. Qərb isə enerji problemi yaşayacaq. Amerika öz qitəsində prosesləri izləyən və hətta idarə edən tərəfdir”.

 



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər