Saytımızı qiymətləndirin


 
 

"Azərbaycan erməni əsirləri təhvil vermək məsələsini müzakirə etmir" - Zohrabyan
Tarix: 21-06-2021 | Saat: 15:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

"Hazırda Azərbaycan erməni əsirlərini təhvil vermək məsələsini müzakirə etmir".

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasındakı erməni nümayəndə heyətinin üzvü Naira Zohrabyan öz “Facebook” hesabında bildirib.

“Bu yaxınlarda Strasburqda Avropalı mühafizəkarlar və demokratların siyasi qrupunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla erməni əsirlərin qeyd-şərtsiz Ermənistana qaytarılması məsələsini müzakirə etməyə çalışdım. Azərbaycan nümayəndə heyətinin başçısı çox sual dolu bir baxışla bildirdi ki, Azərbaycanda erməni əsirlər yoxdur, qalanlar terrorçulardır", - Zohrabyan qeyd edib.

Onun sözlərinə görə, Səməd Seyidov Ermənistanın təqdim etdiyi mina xəritələrinin 50%-nin yanlış olduğunu bildirib.

Xatırladaq ki, Ermənistan mətbuatına görə, 9 noyabr üçtərəfli bəyanatından sonra 88 məhkum Ermənistana qaytarılıb. Bununla belə, erməni tərəfi Azərbaycanda hələ də çox sayda əsirlərin qaldığını iddia edərək onların qaytarılmasını tələb edir.



Xəbəri paylaş

333 dəfə oxunub.

Digər xəbərlər