Saytımızı qiymətləndirin


 
 

"Tariximi yenidən yazan igidlərimizdən biri"
Tarix: 09-12-2020 | Saat: 10:54
Bölmə:Karusel / Gündəm / Qarabağ | çapa göndər



 

44 günlük zəfər yürüşündə öz şücaəti ilə tarix yazan qəhrəmanlarımızdan biri Hacızadə Hacı Rafiq oğlu 25 sentyabr 1999-cu ildə Qax rayonunun Çüdüllü kəndində anadan olub. Uşaq yaşlarından vətənə, dövlətə bağlı olan igidimiz ilk təhsilini məhz doğulub, boya- başa çatdıgı bu kənddə almışdır. 2006 -cı ildə Qax rayonu, Çüdüllü kənd tam orta məktəbinin birinci sinifinə gedən Şəhid Hacızadə Hacı 2015-ci ilədək həmin məktəbdə 9 illik təhsili başa vurmuşdur.

2015-2017-ci illərdə Qax rayonu, Marsan kənd tam orta məktəbində təhsilini davam etdirərək 11 illik orta təhsilini başa vurmuşdur. Məktəbi bitirdikdən sonra hər bir Azərbaycan oğlunun vətən qarşısında borcu və müqəddəs vəzifəsi olan hərbi xidmətə yola düşmüşdür. 2017-2019- cu illərdə Müdafiə Nazirliyinin Beylaqan rayonunda yerləşən N sayli hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə nizam- intizami və xidməti ile komandirlərinin və əsgər yoldaşlarinin rəğbətini qazanmışdır. 2020- ci il 27 sentyabr tarixində ərazi bütövlüyümüzun bərpası ve suvereliyimizin uğrunda başlanılan 44 günlük müharibəyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinə könüllü olaraq 3 dəfə müraciət etmiş və 29 sentyabr tarixində zəfər yürüşümüzdə yeni tarix yazmağa yollanmışdır.

Mənfur düşmənin işğalından azad edilən əzəli torpaqlarımızda xidmət etmiş və Qarabağın incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edilməsində yaxindan iştirak etmişdir. Şuşa şəhərinin geri qaytarılması əməliyyati zamani bir neçə yarali əsgər yoldaşını xilas etmiş və yenidən döyüşə davam etmişdir. Ən böyük arzusu Şəhidlik zirvəsinə ucalmaq olan qəhrəmanımız məhz elə Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalmışdır.
Qeyd edək ki, bu cür gənc, vətənpərvər, elini- obasini sevən Azərbaycan oğullarının əzmkar mübarizəsi nəticəsində 30 illik həsrət bitmişdir. Qazanılan bu qələbə hər bir Şəhidimizin canı və hər bir qazimizin qanı hesabina əldə edilmişdir. "Qarabağ Azəbaycandır!"

Vüqar Məmmədov, İctimai fəal.

 



Xəbəri paylaş

1 377 dəfə oxunub.

Digər xəbərlər